“Abbas Mirzənin heykəlinin ölkəmizdə də ucaldılması vacibdir”

Sərdar Cəlaloğlu: “Onun dövlətçilik təcrübəsinin öyrənilməsinə ciddi ehtiyac var”
“Təəssüflər olsun ki, biz öz siyasi tariximizi bilmirik”
 
 
Güney Azərbaycanda, Araz Azad Ticarət Məntəqəsinin Abbas Mirzə meydanında Qacar taxt-tacının vəliəhdi, görkəmli sərkərdə Abbas Mirzənin heykəlinin açılış mərasimi keçirilib.
Maraqlıdır, Abbas Mirzə ilə bağlı oxşar addımın ölkəmizdə də atılmasına ehtiyac varmı?Abbas Mirzənin həyat və döyüş yolu, dövlət idarəçiliyi təcrübəsi öyrənilməli, gənc nəslə təbliğ edilməlidirmi?
Moderator.az olaraq bu və bu kimi məsələlərə aydınlıq gətirmək üçün ADP sədri, hər zaman maraqlı tarixi və fəlsəfi təhlilləri ilə gündəmdə olan Sərdar Cəlaloğluna müraciət etdik.
 
-Sərdar bəy, bildiyiniz kimi Güney Azərbaycanda Abbas Mirzəyə heykəl qoyuldu. Sizcə oxşar addımın ölkəmizdə də atılmasına ehtiyac varmı?
 
-Biz xeyli əvvəl prezident müraciət edərək Abbas Mirzənin, Qacarın, Nadirin və Səttərxanın Azərbaycanda heykəlinin qoyulması təklifini irəli sürdük. Azərbaycan siyasi tarixində bu şəxslər bizim dünya siyasi tarixinə çıxara biləcəyimiz nadir şəxsiyyətlərdəndir. Bunların ağlı, təfəkkürü yalnız öz dövrləri baxımından deyil, sonrakı dövrlər baxımından da digərlərinə nümunə olub.
Abbas Mirzənin Rusiyanın Azərbaycan işğalına qarşı apardığı mübarizə xalqımızın mühüm qəhrəmanlıq salhamələrindən biridir. Onun Cənubi Azərbaycanda həyata keçirdiyi islahatlar Avropanın islahatçı liderlərindən yuxarıdır, amma aşağı deyil. Təəssüflər olsun ki, ölkəmzdə siaysi şüur yetərli səviyyədə deyil. Biz siyasi tariximizi bilmirik. Bu tarixi öyrənmirik, təbliğ etmirik. Siyasətə həddindən artıq mundar bir şey kimi baxırıq. Halbuki, siyasət hər bir xalqın mövcudluğunun yeganə şərtidir. O xaqlar ayaq üstə durub öz yaşamlarına davam edə bilir ki, onlar siyasi xalqdır. Siyasi olmayan xalqlar isə məhv olub gedirlər.
Təəssüf ki, Azərbaycanda tarixə yanlış yanaşma mövcuddur. Tarixi faktları, liderləri xalqa tanıdılmır.
 
-Tarixi mnbələrə görə, Abbas Mirzə Avropa mütəfəkkirlərinin də yaradıcılığına yaxından bələd olub.
 
-Bəli. Mən Abbas Mirzə ilə bağlı saatlarla danışa bilərəm. A.Mirzə fransız dilini mükəmməl bilən, Avropa fəlsəfəsini dərindən mənimsəyən bir şəxs olub. Napoleon səfiri Abbas Mirzə ilə görüşəndə, o, səfirə Fransa ədəbiyyatı, fəlsəfəsi ilə bağlı elə mülahizələr, faktlar söyləyib ki, fransız səfir həmin filosof və yazçıların varlığındna xəbərsiz olduğunu etiraf edib. Fransız səfir A.Mirzənin təfəkkürünə heyrət edir ki, necə ola bilər ki, burda oturan bir şəxs Fransa ədəbiyyatını, fəlsəfəsini belə dərindən bilsin? Və necə ola bilir ki, fransız fəlsəfəsini öz ağlı ilə bu cür yüksək səviyyədə təhlil edə bilir?
 
-Abbas Mirzə haqqında Rusiya tarixində hansısa qeydlər varmı? Ruslara qarşı mübarizə aparan bir şəxs kimi rusların Abbas Mirzəyə qarşı yanaşma tərzində hansısa qərəz müşahidə olunurmu?
 
-Abbas Mirzə Rusiya ilə mübarizə aparan, bu mübarizəni qalibiyyətlə başa çatdıra bilməyən bir şəxs olmasına baxmayaraq, rus tarixində də A.Mirzəyə yüksək hörmətlə yanaşılır. Rus tarixində A.Mirzə ilə bağlı bir dənə də olsun yersiz söz, yersiz ifadə işlədilmir. Hətta sovet hökumətinin dönəmində belə A.Mirzə əleyhinə bir dənə də olsun kitab yazılmayıb. Bu faktların özü də A.Mirzənin Azərbayca siyasi tarixinin ən parlaq nümayəndələrindən biri olduğunu göstərir.
Abbas Mirzənin nəinki heykəli qoyulmalı, o, tariximizin ən görkəmli nümayəndələrindən biri kimi dərsliklərə salınmalı, ətraflı şəkildə öyrənilməlidir. Onun apardığı islahatlar, dövlətçilik təcrübəsi, dünyagörüşü gənc nəslə təbliğ edilməlidir. Təəssüflər olsun ki, Abbas Mirzənin vaxtsız ölümü onun nəzərdə tutduğu bir çox islahatların həyata keçməsinə imkan vermədi.
 
-Bildiyimiz qədəri ilə vəlihədliyin Təbrizə köçürülməsi də Abbas Mirzənin adı ilə bağlıdır...
 
-Bəli. Iran şahlığında belə bir qayda mövcud idi. Şah Qacarın qoyduğu qanuna görə, vəlihəd atası və anası Azərbaycan türkü olan şəxs ola bilərmiş. Fətəli şahin isə arvadlarından biri azərbaycanlı olub və onun oğlu da Abbas Mirzə olub. Abbas Mirzə vəlihənd elan olunub. İran şahlığının adət-ənənəsinə görə vəlihəd şahdan öz şəxsi həyatı ilə bağlı bir xahiş edə bilərdi. Hansı ki, şah hökmən o xahişi yerinə yetirməli idi. Vlihədlər olub ki, şahdan torpaq istəyib, pul istəyib, başqa şeylər istəyib. Abbas Mirzə vəlihəd olandan ondan nə istədiyi soruşulub. O isə cavabında deyib ki, mən vəlihədliyin Təbrizdə yerləşməsini istəyirəm. Həmin tarixdən Pəhləvilər hakimiyyətə gələnə qədər İranın bütün şahzadələri Təbrizdə yaşayıb. Yəni şahlar Tehran və İsfahanda olub. Şahzadələr isə Təbrizdə yaşayıb. Onlar Təbrizdəki azərbaycalıların ruhunda böyüyüb. Onların dostları, ətrafı da təbrizlilər, aəzrbaycanlılar olub.
 
-Abbas Mirzənin qanuna, dövlətçiliyə yanaşma tərzi ilə bağlı hansısa maraqlı faktlar mövcuddurmu?
 
-Əlbəttə mövcuddur. Təbrizə gələndən sonra A.Mirzənin bir neçə varlı iranlı həmsüfrələri olub. Onlardan biri də iranlı Nadir olur. Bir dəfə Nadir küçədə gedərkən hamamdan çıxan bir erməni qızını görür. Xoşu gəldiyi üçün həmin erməni qızını qaçırdır. Bu hadisədn sonra erməni Abbas Mirzəyə şikayət edir ki, sənin həmsüfrən qızımı qaçırdıb. Abbas Mirzə məsələni araşdırır və bəlli olur ki, həqiqətn də belə bir hadisə baş verib. Nadir etdiyi əməli etiraf edir. Bu zaman Abbas Mirzə Nadirin edam ediməsinə qərar verir. Bütün Təbriz üləmaları, varlıları ondan bu ağır cəzanın dəyişdirilməsini xahiş edir. Ona Nadirlə yaxınlığını xatırladır. O zaman Abbas Mirzə çox gözəl bir söz söyləyir. Bildirir ki, əgər biz öz həmsüfrələrimizin günahına görə qanunu pozsaq, o zaman başqalarının qeyri-qanuni hərəkətləri ilə bağlı ədalətli qərar qəbul edə bilmərik. Abbas Mirzə qərarını dəyişmir və Nadir asılır. Bu, Abbas Mirzənin qanununçuluğu nə qədər yüksək dəyər verdiyini, qanuna, şəriətə nə qədər bağlı bir insan olduğunu göstərir.
 
-Abbas Mirzə ilə bağlı maraqlı faktlardan biri də onun qohumlarını dövlət idarəçiliyindən uzaq tutması ilə bağlıdır. Bu haqda nə deyə bilərsiniz?
 
-Bu, Abbas Mirzənin dövlətçiliyə münasibətdə sərgilədiyi ən mühüm keyfiyyətlərdən biri idi. Hitler deyirdi ki, Napoleonun məğlub olmasının səbəbi öz qohumlarına dövlət idarəçiliyində yer verməsidir. Hitler bu səbəbdən də öz qohumlarını hakimiyyətdən uzaq saxlayırdı. Abbas Mirzə də dövlət idarəçiliyində dostlarından, qohumlarından istifadə etməyib. Kimin gücü, qabiliyyəti, səriştəsi olubsa, ona səlahiyyət verib, ondan dövlət idarəçiliyində istifadə edib. Abbas Mirzə mükəmməl dövlət idarəçiliyinə malik olduğu üçün, onun təcrübəsinin öyrənilməsinə çox böyük ehtiyac var.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...