​96 dəqiqə nitq söylən, Corc Buşa şeytan deyən, ayaqqabısını masaya çırpan… – Liderlərin BMT-də ən unudulmaz anları – FOTOLAR

BMT-də ən unudulmaz anlar
Birləşmiş Millətlər Təşkilatı yarandığı dövrdən indiyə kimi bir çox unudulmaz çıxışlara ev sahibliyi edib.
Baş kürsüdən dünyaya səslənən nümayəndələr çıxışlarının daha təsirli olması üçün müxtəlif taktiki gedişlərə əl atıblar.
Minval.İnfo indiyə qədər baş kürsüdən səsləndirilmiş tarixi nitqlərdən bəhs edəcək.
Muəmmər Qəddafi
BMT-nin nizamnaməsinə əsasən baş assambleyada çıxışlar 15 dəqiqədən artıq olmamalıdır. Ancaq özünü “Kralların kralı” adıyla təqdim edən keçmiş Liviya lideri bu qaydaya əməl etməyib və 96 dəqiqə nitq söyləyib. Nitqində BMT-nin fəaliyyətindən şikayətlənən Qəddafi təşkilatın nizamnaməsini də cırıb. Qəddafinin çıxışı zamanı tərcüməçinin yorularaq “daha dəvam edə bilməyəcəyəm” deməsi eşidilib.
Huqo Çavez
Venesuelanın keçmiş prezidenti Huqo Çavez 2006-cı ildə çıxışı zamanı Corc Buşu qınayır və onu Şeytan adlandırır. Ondan bir gün əvvəl eyni kürsüdə çıxış edən Corc Buşa sataşan Çavez “Şeytan dünən buradaydı” deyir və belə davam edir “Dünən şeytan düz burada dayanmışdı. İyini hələ də hiss edə bilirəm, durduğum yerdən hələ də sulfur iyi gəlir”. Çavez şeytan qovmaq üçün xaç çəkir və dua etməyə başlayır.
 
İdi Amin
Uqandanın keçmiş diktatoru İdi Amin 1973-cü ildəki çıxışı zamanı İngiltərənin baş nazirinə yaltaqlanmaq məqsədilə, onun adına təriflər qoşur. Sonra isə baş naziri Adolf Hitlerlə müqayisə edir. Bu çıxış İngilislər bir xeylaq əsəbləşdirir. Daha sonralar bunun səbəbi soruşulanda cavab olaraq “Əslində Hitler yox, Uinston Çörçil demək istədim. Dostlarımla aramın dəyməsini istəmirəm. Mənə qarşı ikinci cəbhənin açılmasını istəməm” deyib.
Mahmud Əhmədinejad
İran İslam Respublikasının keçmiş prezidentinin çıxışı BMT-nin ən yadda qalan çıxışlarından biri olub. O, öz nitqində 11 sentyabr terror hadisəsinin ABŞ-ın planladığını deyir. Əhmədinejad “ABŞ rejiminin iqtisadi böhrandan qurtulmaq və yaxın şərqdə hegemonluq etmək üçün bu hücumu planladığına amerikalılar inanır” deyə qeyd edir. O, bundan başqa ABŞ-ın yaxın zamanlarda süqut edəcəyini deyir. Əhmədinejadın nitqi zamanı ABŞ və digər 27 ölkənin nümayəndələri zalı tərk edərək öz etirazlarını bildirir.
Nikita Xruşşov
Çıxışı zamanı ABŞ hökumətini dünyaya ağalıq etməsi ilə günahlandıran Xruşov ona verilən sual ilə bir anlıq dəliyə çevrilir. SSRİ-nin Şərqi avropadakı hegemonluğuna aid verilən suala əsəbiləşən Xruşov, əvvəlcə yumruğu ilə masaya zərbələr endirir, sonra isə ayaqqabısını çıxararaq kürsüyə çırpır.
Benjamin Netenyahu
İsrailin baş naziri Benjamin Netenyahunun 2012-ci ildə əlinə kardon kağız alaraq çıxış etməsi hamını təəccübləndirib. Çıxışına “Bu bomba, bu da onun çaxmağı” deyə başlayan Netenyahu İranın Nüvə silahına nə qədər yaxın olduğunu izah edib.
Tamerlan

Загрузка...
Загрузка...