9 ay öncə vəfat edən xalq artistini TANIMADILAR: Biri də yazıb ki... - FOTO
20-11-2018 20:48
Baxış sayı:
113

Zaur Kamal aparıcısı olduğu proqramda sosial şəbəkədə etdiyi bir paylaşıma diqqət çəkib.
Aparıcı ötən gün İnstaqram hesabından mərhum xalq artisti Zərnigar Ağakişiyeva ilə çəkdiyi selfini "Zaurun anası" şərhi ilə paylaşıb.
O, sosial şəbəkə istifadəçilərinin onun paylaşımına reaksiyasından təəccübünü gizlətməyib:
"Bu şəkili İnstaqram-da paylaşmışam, yazmışam "Zaurun anası". Hamı yazıb ki, "Allah ömür versin, Zaur, sənin anana. Allah can sağlığı versin. Necə də oxşayırsan anana". Biri də altdan yazıb ki, "Səyləriniz qırılsın, o, Zərnigar Ağakişiyevadır"".
Qeyd edək ki, bu ilin fevralında dünyasını dəyişən mərhum xalq artisti "Təhminə" filmində "Zaur"un anası "Zivər" obrazını canlandırıb.
mənbə: milli.az