85 yaşlı kişi "Facebook"a görə arvadını öldürdü

Baxış sayı: 
55
1  
0  

Ahıl qadın bir əsrə yaxın yaşı olan ərinin ona xəyanət etdiyini düşünüb

İstanbulda eşidənləri belə heyrətləndirən cinayət baş verib. İstiPress-in məlumatına görə, sosial şəbəkənin gənc nəsil arasında qısqanclığa, cinayətə səbəb olması barədə kifayət qədər məlumat verilib. Lakin dəfə sosial şəbəkənin qurbanı bir əsrə yaxın yaşı olan cütlük olub.

Belə ki, 85 yaşlı Bilal A. ilə həyat yoldaşı 76 yaşlı Əsma A. Almaniyada yaşayıb. Cütlük tətil üçün ibir müddət öncə Türkiyəyə gəliblər. Burada 85 yaşlı kişinin sosial şəbəkə səhifəsinə görə onların arasında mübahisə yaşanıb. Nəticədə yaşlı kişi 50 il evli olduğu qadını bıçaqlayaraq öldürüb. Daha sonra isə öz damarlarını doğrayaraq intihara cəhd edib.

Onlardan xəbər ala bilməyən qohumları cütlüyün qaldığı evə gediblər. Lakin qapını açan olmadığı üçün polisə məlumat verilib. Çilingər köməyi ilə açılan mənzildəkilər qan içində olublar. Qadını xilıas etmək mümkün olmayıb. Kişi isə dərhal xəstəxanaya yerləşdirilib. 

Bilal A. polisə ilk ifadəsində fqətlə səbəbin qısqanclıq olduğunu deyib. "Mənim sosial şəbəkədən kiminləsə danışdığımı düşünürdü. Bunun üçün tez-tez dalaşırdıq. Mənə "evi tərk elə. Artıq sənə güvənmirəm" dediyi üçün yenə dava etdik və bıçaqladım".

 
Загрузка...
Загрузка...