​83 yaşlı deputat ABŞ-da yaşayırmış

Baxış sayı: 
84
3  
0  

"Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir".
 
Qaynarinfo xəbər verir ki, bu sözləri modern.az-a Azərbaycan Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xanım sənətçinin 9 fevralda keçirləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib.
 
Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur: "Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz".
 
Qeyd edək ki, bu ayın sonlarında - dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq. Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Belə ki, o, 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır.

Загрузка...
Загрузка...