​8 kənd azad olundu: YPG-nin yardım yolu kəsildi

Baxış sayı: 
48
1  
0  

 
Türkiyənin Suriyanın şimal-şərqində başlatdığı “Sülh çeşməsi” (Barış Pınarı) əməliyyatı çərçivəsində Mardinin Qamışlı bölgəsində 5 YPG-PKK terrorçusu məhv edilib.
 
Axar.az xəbər verir ki, bu barədə “Yeni Akit” nəşri informasiya yayıb.
 
Məlumata görə, Türkiyə Silahlı Qüvvələri bölgəyə PUA-larla nəzarəti gücləndirib. Hazırda terror qruplaşmasının istənilən aktivliyinə dərhal və kəskin reaksiya verilir. Bölgədə həmçinin terrorçulara məxsus sursat yüklü maşın məhv edilib.
 
***
 
“Sülh çeşməsi” əməliyyatı çərçivəsində Rasulayn şəhərinin qərbindəki Aşağı Kişto terrorçulardan işğaldan azad edilib.
 
***
 
Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatı çərçivəsində Rasulayn bölgəsinin şərqindəki strateji əhəmiyyətə malik Darbasiyah qəsəbəsini PKK/YPG və İŞİD terrorçularından təmizləyib.
 
Məlumata görə, qəsəbənin nəzarət altına alınması ilə YPG-yə göndərilən istənilən yardımların yolu kəsilib.
 
Əməliyyat zamanı həmçinin Tel Abyad və Rasulayn bölgələrinin 8 kəndi terrorçulardan azad olunub.

Загрузка...
Загрузка...