​8 ildən sonra İranda BİR İLK: on minlərlə insan meydanlara toplaşdı - Dünyada CANLI YAYIMLANIR/VİDEO

Baxış sayı: 
72
1  
0  

İranın dini lideri Ayətullah Əli Xamenei bu gün paytaxt Tehranda 2012-ci ildən bəri ilk dəfə cümə namazını özü qıldırıb.
 
Publika.az xəbər verir ki, minlərlə insan dini liderlə namaz qılmaq üçün Tehrana axın edib.
 
Xameneinin öndərlik etdiyi ayin canlı yayımlanıb.
 
“Musallah” məscidində imamlıq edən dini lider İran xalqının bir daha birliyini və ehtişamını ortaya qoymaq istəyib.
 
Qeyd edək ki, Xamenei son olaraq cümə namazına İslam İnqilabının 33-cü ildönümündə rəhbərlik etmişdi.
 
Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun (The Washington Institute for Near East Policy) xəbərinə görə, dini lider ancaq əhəmiyyətli mesaj vermək istədiyi zaman cümə namazına başçılıq edir. Bu da həmin simvolik davranışlardan biri olacaq.
 
“BBC Farsca”nın xəbərinə görə isə, Xamenei son dəfə cümə namazına başçılıq edəndə “Ərəb baharı” ən gərgin günlərini yaşayırdı: “O dövrdə xütbəni ərəbcə verərək Ərəb dünyasında səslənməsini təmin etmişdi. Ərəb coğrafiyasında yaşananları “İslami dirçəliş” kimi dəyərləndirərək olaylara istiqamət vermək istəmişdi. Lakin bacarmadı”.
 
Xameneinin bu cümə namazı ilə ABŞ-a mesaj verməyə çalışdığı ehtimallar arasındadır.
 
Zümrüd

Загрузка...
Загрузка...