“700 bal toplayanların sayının artması təhsilin keyfiyyətinin yüksəlməsi ilə bağlı deyil” – Etibar Əliyev

Baxış sayı: 
76
2  
0  
“Ali təhsilin ödənişli olması qaçılmazdır,
lakin bir şərtləki...”
 
“700 bal toplayan abituriyentlərin sayının
artması yaxşı haldır. Bunu təhsilin
keyfiyyətinin yüksəlməsi ilə əlaqələndirənlər var.
Məktəb direktorları da bu uşaqlarla öyünürlər.
Kurslar 600-dən yuxarı bal toplayan uşaqları
reklam kimi təşviq edirlər. Ancaq hətta onların
sayı iki dəfə artsa belə, bunu təhsilin
keyfiyyətinin yüksəlməsi ilə əlaqələndirmək
doğru deyil”.
 
Bu sözləri musavat.com-a tanınmış təhsil
eksperti, “XXI əsr” Təhsil Mərkəzinin
rəhbəri Etibar Əliyev abituriyentlərin
ali məktəblərə qəbul imtahanlarının
nəticələrini şərh edərkən deyib.
 
E.Əliyev bildirib ki, təhsilin keyfiyyətinin
yüksəlməsi 500-700 arası bal toplayan
abituriyentlərin sayının kəskin artması və
0-200 bal toplayan abituriyentlərin sayının
kəskin azalması ilə xarakterizə olunmalıdır:
“Birinci faktor gələcəkdə insan kapitalının
inkişafına təsir edəcəksə, ikincisi funksional
savadsızlığın aradan qaldırılmasına yardımçı
olacaq. Məsələn, Şəmkir rayonunda
Düyərli kənd orta məktəbinin məzunu
Təranə Alıyevanın 592 bal toplayıb,
riyaziyyat müəllimli peşəsini seçməsi
yenilikdir. Dünyada istedadlı uşaqlar
daha çox xalis elmləri seçirlər.
Ona görə də həmin ölkələrin elmi
potensialı yüksək olur. Bu problemin
həllində mövcud Olimpiada Mərkəzlərini
inkişaf etdirmək lazımdır. Ən yüksək
nəticə göstərən abituriyentlər əlavə hazırlığa
getmələrini danmırlar. Bunun özü də onu
göstərir ki, məktəb təhsilinin keyfiyyəti
hələ yetərli deyil”.
 
Təhsil eksperti hesab edir ki, Dövlət İmtahan
Mərkəzi bu il də qəbul imtahanlarını yüksək
peşəkarlıqla keçirə bildi: “Qəbulun nəticələri
yenə də hansı ixtisaslara marağın güclü
olmasını ortaya qoydu. Abituriyentlərin
ixtisas seçimində ali məktəblərdəki
dəyişikliklərin danılmaz təsiri vardır.
 
Картинки по запросу imtahan zallarından foto
 
Valideynlər və orta məktəb məzunlarının
böyük kəsimi demək olar, bunu izləyir.
Əgər biliyin qiymətləndirilməsi düzgün
həyata keçirilirsə, deməli, qəbulun
nəticələri birmənalı şəkildə
qənaətbəxş hesab olunmalıdr.
Orta məktəblərdə təhsilin keyfiyyətinin
yaxşılaşdırılmasının qəbul prosesinə
birbaşa müsbət təsiri vardır. DİM-nin
keçirdiyi buraxılış və qəbul imtahanlarının
məktəb təhsilinin keyfiyyətinin
yaxşılaşdırılmasına təsiri danılmazdır.
Bu, yaxın gələcəkdə özünü daha
aydın göstərəcək. İmtahan Mərkəzinin
hər il keçirdiyi qəbulun nəticələrinin
təhlili təhsillə məşğul olan şəxslərin
stolüstü kitabına çevrilib.
 
Təhsil eksperti DİM-nin ildə iki dəfə
qəbul imtahanlarının keçirməsini
müsbət qiymətləndirir: “Birincisi, bu,
uşaqların stress keçirməsinin
qarşısını müəyyən qədər alır.
İkincisi, uşaqlar sualların asan və
çətinlik dərəcəsini anlayırlar.
İmtahanlar arasındakı müddətdə
isə öz zəif yerlərini təhlil etmək imkanı
qazanırlar. Dövlət İmtahan Mərkəzi işinin
rahatlığı üçün bir dəfə də imtahan keçirə
bilərdi. Ancaq bu qurum iki imtahanın
nəticəsinin abituriyentlər üçün əhəmiyyətli
olmasını nəzərə alıb, bu addımı atıb.
Qısa zaman kəsiyi göstərdi ki,
imtahanların iki dəfə keçirilməsi
həm də sosial sifarişdir”.
 
“Azərbaycanda ali məktəblər əsasən
təhsil haqlarının hesabına “yaşa”dıqlarını
deyən E.Əliyev buna görə də ali təhsilin
pullu olmasının qaçılmazlığını düşünür:
“Lakin bununla yanaşı təhsil haqlarını
müəyyənləşdirəndə mövcud reallıq da
nəzərə alınmalıdır. Məsələn,
tibb ixtisaslarının bir, ya iki ali məktəbdə
olması təhsil haqlarının fantastik artımına
şərait yaratmamalıdır. Digər ali
məktəblərdən fərqli olaraq, nəzərə
almaq lazımdır ki, Azərbaycan Tibb
Universitetinin gəlir gətirən klinikaları
da var. Ödənişli təhsilin tətbiqi
nəticəsində bir ixtisasın pullusu ilə
pulsuzu arasında kəskin bal fərqləri
yaranır. Lakin həmin tələbələr eyni
qruplarda təhsil alırlar. Ölkədə pullu
təhsilin gözdən düşməsinin əsas
səbəblərindən biri tələbələrə dəstək
verən xeyriyyə fondları və bankların
olmamasıdır. Təhsilin pullu olması son
vaxtlar belə bir deyimi çox aktuallaşdırıb:
Pul - təhsildir. Lakin biliyə görə maddi
güzəştlər barədə düşünülməlidir.
Bu gün müəllimlər, ekspertlər,
təhsili bilən adamlar hansı ixtisasların
gələcəkdə daha lazımlı olmasını
uşaqlara izah etməlidir”.
 
Картинки по запросу imtahan zallarından foto
 
“Rus bölmələrinin şagirdləri repetitor
xidmətindən çox istifadə edirlər, yoxsa
Azərbaycan sektorunun şagirdləri?”
sualına ekspert belə cavablayır: “Məncə,
Azərbaycan məktəblərinin. Rus bölmələrinin
müəllimlərinin alternativ dərsliklərdən istifadə
etmək imkanları çoxdur. Bizim müəllimlərin
isə belə imkanları demək olar ki, yoxdur.
Proqramın mənimsədilməsinin müxtəlif
üsulları, yolları var. Bunun biri də alternativ
dərsliklərdəki metodikalardır.
Rus məktəblərində təhsilin keyfiyyətindəki
dəyişiklik müəllimlərin öz üzərində daha
çox çalışmaları ilə bağlıdır. Burada
şagird-müəllim münasibətləri də
mühüm əhəmiyyət kəsb edir”.
 
“Ali təhsil müəssisələrinə boş qalan
yerlərin elanı göstərdi ki, orta bal
tələb edən ixtisasların demək olar,
plan yerləri doldu. Elə ali məktəblər
var ki, ilbəil nəticələrini daha da
yaxşılaşdırır. Məsələn, Azərbaycan
Dövlət İqtisad Universiteti, ADA
universiteti, Azərbaycan Dövlət
Pedaqoji Universiteti, Bakı Ali Neft
Məktəbi, Bakı Dövlət Universitetini
misal çəkmək olar. Yüksək ballıların
oxuduğu ali məktəbdə təhsil mühiti
də fərqli olur. Bu ali məktəblərin bir
qrup ixtisasları yüksək rəqabət yaradır.
Nəticədə 700 ballıların da sayı artır.
Aşağı bal toplayan abituriyentlər
isə aşağı təhsil haqqı olan ixtisaslar
axtarır, irrasional ixtisas seçimi
enməyə məcbur olurlar”, -deyə
E.Əliyev fikrini tamamlayır.
 

 

 
Загрузка...
Загрузка...