7 yaşlı qızın dramı: Bədəni hər keçən gün daşa çevrilir - DƏHŞƏTLİ XƏSTƏLİK

Baxış sayı: 
134
1  
0  

Hindistanda yaşayan 7 yaşlı Rajeşvarinin bədəni nadir dəri xəstəliyi səbəbilə hər keçən gün daşa çevrilir.
 
 
 
Publika.az xəbər verir ki, Rajeşvarinin genetik mutasiyadan qaynaqlanan bu narahatlığına dünyada yalnız 24 nəfərdə rast gəlinib.
 
 
 
Müalicəsi olmayan bu xəstəlik dərini sərtləşdirərək pulcuqlanma ilə özünü biruzə verir.
 
 
 
Rajeşvari hər keçən gün demək olar ki, daşa çevrilir və çox ağrılı həyat yaşayır.
 
 
 
Xəstəlik ölümcül deyil, lakin gündəlik həyat fəaliyyətində qıza ciddi şəkildə mane olur. Gəzmək, oturmaq kimi sadə hərəkətlərdə belə ağrı yaranır.
 
 
 
Ailəsi pulcuqlanmanın kiçik yaşda başladığını və ilk vaxtlar Rajeşvarinin yalnız əllərində və ayaqlarında olduğunu bildirib. Ancaq xəstəlik vaxt ötdükcə sürətlə yayılıb.
 
 
Ailəsi kasıb olduğu üçün Rajeşvariyə lazımi tibbi yardımı təmin edə bilmir.
 
 
 
Hindistan Tibb Elmləri İnstitutunun professoru Satyaki Qanquli xəstəliklə bağlı verdiyi açıqlamada müalicə metodunun tapılmadığını vurğulayıb: “Bu genetik pozğunluğun adı iktiyozisdir (irsi dəri xəstəliyi) və müalicəsi yoxdur”.
 
Məhərrəm Əliyev

Загрузка...
Загрузка...