60 yaşlı şəxs barəsində məhkəmə qərarı - “kəşfiyyatçı”, “hacı” kimi dələduzluq edib

Baxış sayı: 
129
3  
0  

 
Özünü "kəşfiyyatçı", "din adamı" kimi tanıdıb dələduzluq edən 60 yaşlı şəxs hakim qarşısına çıxarılıb.
 
Musavat.com xəbər verir ki, Səbael rayon Məhkəmsinin qərarı ilə 1960-cı il təvəllüdlü Nazim Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
 
Məhkəmənin qərarı ilə onun barəsində seçilmiş həbs müddəti daha 3 ay uzadılıb.
 
Məlum olub ki, Nazim Quliyevə qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq; təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq; xeyli miqdarda törədildikdə) maddəlri ilə ittiham irəli sürülüb.
 
Nazim Quliyevin həbsi ilə bağlı maraqlı iddialar var.
 
N.Quliyevin dələduzluq əməli televiziya kanallarından birində yayımlanan proqramda açılıb.
 
Məlum olub ki, N.Quliyev bir neçə rayonda məskunlaşaraq dələduzluq edib. Naxçıvanın Culfa rayonunun Əbrəqunus kəndində doğulan N.Quliyev bir neçə qeyri-rəsmi ailə qurub. Seçdiyi xanımlar əsasən evlilik yaşını ötmüş qadınlar olurmuş. O özünü dindar kimi tanıdaraq insanlarda özünə qarşı güvən yaradıb. Hər dəfə evləndiyi kənddə əvvəlcə oranın məscidini təmir etdirib, sonra bir neçə nəfəri öz pulu ilə Məşhəd ziyarətinə göndərib, yas yerlərinə maddi yardım edib və sairə.
 
Beləcə, dələduzluq məqsədilə məskən saldığı kəndlərdə insanların etimadını qazanıb və kənd sakinlərindən pul alıb. Aldatdığı şəxslərə hərbi təqaüd düzəldəcəyinə, sosial evlərdən mənzil alacağına, nazirliklərdə vəzifəyə qoyacağına söz verərək 100 minə yaxın pul alıb.
 
İnsanlarda özünə qarşı mərhəmət yaratmaq üçün o, həyat yoldaşının Aprel döyüşlərində yaralandığını, sonra isə öldüyünü deyib.
 
N.Quliyev adının başqa yerlərdə çəkilməməsi, haqında danışılmaması üçün özünü həm də gizli kəşfiyyatçı kimi də təqdim edib.
 
Məskunlaşdığı rayonlarda özünü müxtəlif adlarla təqdim edərək insanlardan işə düzəltmək adı ilə pul alıb.
 
İ.Muradov
Musavat.com

Загрузка...
Загрузка...