6 il eyni mahnıya qulaq asan qadın həbs olundu - Video

Baxış sayı: 
86
3  
0  

16 ildir eyni musiqini dinləyən Eva N. adlı qadın həbs tutulub.
Qaynarinfo.az xəbər verir ki, maraqlı hadisə Slovakiyanın Sturovo qəsəbəsində qeydə alınıb. O, qonşuların şikayəti əsasında saxlanılıb.
Qonşuların sözlərinə görə, qadın 16 ildir ki Cüzzeppe Verdinin "La Traviata" operasından 4 dəqiqəlik ariyanı gecədən səhərə qədər dinləyir və bu da onları narahat edir.
Saxlanılan qadın zorakılıq və pis niyyətli zülm verməkdə ittiham olunur. Günahı sübuta yetiriləcəyi təqdirdə o, 6 aydan 3 ilə qədər həbs cəzası ala bilər.
Qeyd edək ki, qadının dinlədiyi ariyanı Plasido Dominqo ifa edib. Sakinlərdən biri açıqlamasında, "Plasido Dominqonu mən də sevirəm, amma belə yox", - deyib.
Sözügedən ifanın 2016-cı il versiyasını təqdim edirik:

Загрузка...
Загрузка...