“50 qram araq içəndə ürəkdən oxuyur” - Sevda Ələkbərzadə

Baxış sayı: 
116
3  
0  

“Ağ-qara” verilişinin növbəti qonağı Əməkdar artist Sevda Ələkbərzadə olub.
"Yeni Sabah" xəbər verir ki, müğənni bir çoxlarının özünü onun ifa tərzinə bənzətdiyini bildirib. "Təsəvvür edin kimsə Sevda Ələkbərzadənin yolunu başlayır. Ona məsləhətiniz nə olardı" sualına maraqlı cavab verib:
 
"Təsəvvür etmirəm, elələri var. Məsləhəti istəyənə verərəm. Ona çətin deyil, hazırı əldə edib. Bunun banisi mənəm. Hər xalq mahnısını götürüb, düzəltmək olmur. Onu seçib tapmaq var. "Getmə gəl" mahnısını bir qız oxuyub, deyir, Şövkət Ələkbərovadan eşitmişəm. Axı etdiyin boğazları məndən öyrənmisən. Mən kimdənsə öyrəndiyimi danmıram. Halallıq olmalıdır. Məndən öyrənməyiniz, ancaq məni sevindirir. Mahnı oxunduqca, yaşayır.
 
Efirdəki çox müğənninin məktəbi yoxdur. Ola bilsin millətin 90 faizinin sevgisini qazanıb. Amma mənim sevgimi qazana bilməyəcək, biləcəm ki, məktəbi yoxdur. Deyir, ürəkdən oxuyuram. Evdə kartof kəsən qadın, restoranda 50 qram araq içən də ürəkdən oxuyur. Onun ürəkdən oxumağı heç tükümü tərpətmir".
 
Yenisabah.az

Загрузка...
Загрузка...