5 aydır övladlarını görməyən müğənninin həsrətinə son qoyuldu - VİDEO

Baxış sayı: 
154
1  
0  

 

Pandemiyadan dolayı 5 aydır övladlarına həsrət qalan əməkdar artist Manana Caparidzenin həsrətinə son qoyulub. O, bir neçə gün əvvəl Gürcüstana gedib.
 
Publika.az xəbər verir ki, aylardır ailəsinin yanına gedə bilməyən sənətçi övladlarına qovuşduğu anları sosial şəbəkədə izləyiciləri ilə paylaşıb.
 
“5 aydır görüşmədiyim ailəmlə görüşümüzdən videonu sizinlə bölüşürəm. Bilirəm ki, çoxunuz uşaqlarımla görüşməyimə çox sevinəcəksiniz. Bu aylar ərzində onlar xeyli böyüyüblər. Bütün tanıdığım və tanımadığım, mənə görə narahat olan, mənəvi dəstək verən gözəl insanlara təşəkkür etmək istəyirəm. Arzu edirəm ki, heç bir halda heç kəs öz ailəsi və övladlarıyla ayrılıq yaşamasın, hamı birlikdə salamat və xoşbəxt olsun” , - müğənni təəssüratlarını bölüşərkən qeyd edib.

Загрузка...
Загрузка...