46 yaşlı zabit ''koronavirusam'' deyib, polisin üzünə tüpürdü - FOTOLAR

Baxış sayı: 
172
2  
0  

Türkiyənin Antaliya şəhərində istefaya göndərilmiş 46 yaşlı Əbubəkir adlı zabit birlikdə yaşadığı rumın əsilli 40 yaşlı Karmen Volise adlı qadını silahla qorxudaraq ölümlə hədələyib.

Turaninfo.org xəbər verir ki, polisə zəng edən qadının şikayətindən sonra zabit tutulub. O polisə təslim olmamaq üçün qışqıraraq 'Mən koronavirusluyam, hamınıza yoluxsun'' deyərək polisin üzünə tüpürməyə başlayıb.

Bununla kifayətlənməyən zabit polis maşınına zərər vurub.

Polisə məlumat verən Karmen Volise bildirib ki, onlar mübahisə etdikdən sonra Əbubəkir onu qorxudaraq öldürəcəyini deyib. Bir saatdan çox davam edən əməliyyat nəticəsində 46 yaşlı zabiti polis idarəsinə aparmaq mümkün olub. Onun koronavirus olub olmadığı isə bəlli deyil.

Mənbə:Cnntürk.com

 
 
 
 
Загрузка...
Загрузка...