4 yaşından at çapan Gülay - Hamı ondan danışır

Baxış sayı: 
316
4  
0  

Hər kəs sosial şəbəkələrdə videosu yayılan bu azərbaycanlı qızdan danışır. Söhbət Sumqayıt şəhərində yaşayan 9 yaşlı Gülay Fərzəliyevadan gedir. Onun at belində maşınla yarışa çıxdığı görüntülər şəbəkələrdə izlənmə rekordu qırıb.

"Turaninfo.org" ARB TV-yə istinadən xəbər verir ki, hər kəsin marağına səbəb olan görüntülərin qəhrəmanı Gülay Fərzəliyevanı tapıb.

 

G. Fərzəliyeva 4 yaşından at çapdığını qeyd edib: “Mən atlarla nəfəs alıram. Atlar mənim ən yaxın dostumdur. İstəyirəm ki, yarışda iştirak edim”.

Загрузка...
Загрузка...