35 yaşlı qadını sürüdülər, sonra... - Azərbaycandakı bu olay hamını DƏHŞƏTƏ GƏTİRƏCƏK - VİDEO

Baxış sayı: 
38
2  
0  

Video əlavə olunub.
 
***
 
Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
 
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Alırzalı kəndində 1984-cü il təvəllüdlü Sahilə Məzahir qızı Ələkbərova qonşuları olan Fürduz Dəmirova və onun ovladları (oğulu və qızı) tərəfindən döyülüb.
 
"Hadisəyə səbəb S.Ələkbərovaya məxsus atın otlayaraq F.Dəmirovanın həyətinə keçməsidir. S.Ələkbərova səhər saatlarında atı onların həyətində görüb və onun oğurlandığını düşünüb. Ona görə də aralarında mübahisə yaranıb. Hər hansı bir ata bağlayaraq sürüdülmə məsələsi olmayıb. Sadəcə, qadını kəndirlə bağlayıb döyüblər. Məsələ ilə bağlı hadisədə iştirak edən şəxslərin izahatı alınıb və araşdırma aparılır".
 
***
 
 
 
Səhiyyə Nazirliyi hadisə zamanı xəstəxanalıq olan qadının vəziyyəti ilə bağlı açıqlama yayıb.
 
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Goranboy rayonu sakini 35 yaşlı qadın sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur. Faktla əlaqədar hüquq-mühafizə orqanları məlumatlandırılıb.
 
***
 
Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər.
 
Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.
 
Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər.
 
Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
 
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırmalara başlanılıb. (report)
 
Video: Sevinc Xanqızı

Загрузка...
Загрузка...