35 milyonluq alış-veriş edən məmur arvadı kimdir? - Kriminal keçmiş

Baxış sayı: 
75
1  
0  
Azərbaycan Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva dünya mediasının gündəminə Londondakı "Harrods” mağazasından 21 milyon dollarlıq (35 milyon manat) alış-veriş etməsi ilə gəlib. Lakin xanım Hacıyevanın adı ictimaiyyət üçün yeni deyil.
 
Turaninfo.org xəbər verir ki, Zamirə Hacıyevanın adı ictimaiyyətə 2005-ci ildə onun oğurlanması ilə məlum olub. O, Daxili İşlər Nazirliyinin baş əməliyyat müvəkkili olmuş Hacı Məmmədov və onun dəstəsi tərəfindən qadın salonundan çıxarkən qaçırılıb.
 
Onu Keşlədə, Hacı Məmmədovun qeyri-rəsmi yaşadığı qadının evində, zirzəmidə saxlayıblar.
 
Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın BBC News Azərbaycancaya verdiyi məlumata əsasən, o zaman Zamira Hacıyevaya görə on milyon dollar pul tələb olunub.
 
Hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatından sonra Zamirə Hacıyeva azad olunub, Hacı Məmmədov və onunla bərabər 20-dən çox adam həbs edilib.
 
Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunandan sonra yerli media 2016-cı ilin iyununda Zamirə Hacıyevaya qarşı da cinayət işi açıldığını və onun axtarışa verildiyini yazıb.
 
Cahangir Hacıyevin vəkili Aqil Layıcov mətuata açıqlamasında deyib ki, Nərimanov rayon Məhkəməsinin Zamirə Hacıyeva ilə bağlı qərarı "tamamilə gizli şəraitdə" qəbul edilib.
 
"Məhkəmənin keçirilməsi ilə və qəbul edilmiş qərarla bağlı Hacıyevaya və onun vəkilinə, qohumlarına xəbər verilməyib. Zamirə Hacıyevanın vəkili olduğu halda, özləri vəkil seçib. Seçdikləri vəkil adi primitiv qaydada apellyasiya şikayəti də verməyib", - Aqil Layıcov Amerikanın Səsi-nə müsahibəsində deyib.
 
Ona Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib.
İngiltərədə media, ictimaiyətin belə bir işin bütün faktları bilməli olduğunu tələb etdikdən sonra Zamirə Hacıyeva, anonimliyinin qorunması barədə tələbini məhkəmədə uduzub.
 
Son on ildə Zamirə Hacıyeva mediada görünməyib və onun heç bir fotosuna rast gəlinmir.
Загрузка...
Загрузка...