“30 ildə ilk dəfə Oqtayı ağlayan gördüm”

Baxış sayı: 
80
1  
0  

 
 
“Çox sevincliyəm, yeni bir statusa qədəm qoymuşam. Düşünürəm ki, balamıza layiqli nənə olacam. Qəribə sevinc hissi mənə məsuliyyət gətirib. Keçirdiyim hissləri sözlərə sığdıra bilmirəm. Tanrıdan diləyim, bütün valideynlərin bu, xoş ovqatı yaşamasıdır”.
 
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva “7 Canlı” proqramında deyib. Bir neçə gün əvvəl nənə olan aktrisa nəvəsindən söz açıb. O bildirib ki, həyat yoldaşı, “Soy” prodakşının rəhbəri Oqtay Əliyev baba olduğunu eşidəndə ağlayıb:
“Aytən nə qədər balaca idi çəkilişlərə qatılırdı. Hamı deyirdi, gün gəlsin toyu olsun. Düşünürdüm ki, eh, hələ onun gəlin olmasına nə qədər var. İndi toy oldu, Aytən gəlinlikdə, quruyub baxıram ki, həmin gün gəldi? Bu dəfə isə uşaq qucağımda baxıram ki, bu mənim nəvəmdir?
 
Oqtayla 30 ildir evliyik. Bu illər ərzində bir dəfə də olsun Oqtayın gözünün yaşardığını görməmişəm. Ona zəng edəndə ki, gözün aydın, baba oldun, səsi titrədi. Oqtayın ilk dəfə ağlamağını onda gördüm”.

Загрузка...
Загрузка...