​3 uşaq anasının başını kəsən şəxsin məhkəməsində gərginlik- 30 nəfər zaldan güclə çıxarıldı (VİDEO)

Baxış sayı: 
37
2  
0  

 
Bakıda oğurluğa girdiyi evin sahibini öldürməkdə təqsirləndirikən şəxsin məhkəməsi davam etdirilib.
 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Kənan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
 
Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror Kənan Əhmədov 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Mərhumun yaxınları məhkəmə zalında narazılıq ediblər. Onlar qışqıraraq ömürlük cəza tələb ediblər.
 
Qətlə yetirilən qadının həyat yoldaşı da Kənan Əhmədova ömürlük cəza təyin edilməsini tələb edib.
 
"3 uşaq yetim qaldı. 30 yaşlı bir qadının başını kəsən şərəfsiz necə azadlığa çıxa bilər. Onlar analarının qatilini 20 ildən sonra azadlıqda görəcək? Bu uşaqlar onu öldürməsin, nə etsin?"- deyə hüquqi varis bildirib.
 
Məhkəmə zalında olan mərhumun yaxınları etiraz edərək qışqırmağa başlayıblar. Onlar təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr səsləndiriblər.
 
Hakim prosesi təxirə salmaq məcburiyyətində qalıb.
 
30 nəfərə yaxın şəxs məhkəmə icraçıları tərəfindən çətinliklə məhkəmə zalından çətinliklə çıxarılıb.
 
Onlar etirazlarını məhkəmə binasının qarşısında davam etdiriblər. Onlar prokurorun 20 il cəza tələbini ədalətsiz hesab ediblər.
 
Məhkəmə prosesi mərhumun yaxınları zaldan çıxarıldıqdan sonra davam etdirilib. Hökmə əsasən K.Əhmədova 20 il cəza təyin edilib.
 
Hökmə əsasən K.Əhmədov cəzasının 5 ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
 
Baş Prokurorluğun yaydığı məlumata görə, aprelin 17-də rayonun Şağan qəsəbəsi, yeni yaşayış massivində 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini, Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən mərhuma məxsus oğurladığı  qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib.

Загрузка...
Загрузка...