3 uşağının başını bədənindən ayırdı, özünü də öldürmək istədi - Türkiyədə dəhşətli cinayət

Baxış sayı: 
45
3  
0  
Türkiyənin Adana şəhərində dəhşətli cinayət hadisəsi törədilib.
 
Turaninfo.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc ana 3 uşağının başını kəsərək, intihara cəhd edib.
 
Məlumata görə, hadisə oktyabrın 21-də Yüreyirin Geçitli Cümhuriyyət Məhəlləsində baş verib. İddiaya görə, 26 yaşlı Səlma Cicə əri tarlaya getdikdən sonra pəncərələri bağlayıb. Uşaqları evin koridorunda növbə ilə qətlə yetirib. O, əvvəlcə 6 yaşlı oğlu Mahmudun, daha sonra 9 yaşlı qızı Səmanurun və 11 yaşlı Mehmet Emin Cicənin boğazını kəsib və bədənlərini başlarından ayırıb.
 
Uşaqlarının meyitlərinə baxan ana eyni bıçaqla damarlarını doğrayıb. Ailə başçısı Cabbar Cicə tarladan evə qayıtdıqda qapını açan olmayıb. O, mətbəxin məhəccərini qırıb içəri girib və dəhşətli hadisənin şahidi olub. 
 
Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb. Qadının yaşadığı məlum olub. 
 
Hazırda qadının həyati təhlükəsi yoxdur. Polisə verdiyi ilk ifadəsində S. Cicə bunları deib: "Mən bu vaxta qədər heç yaşamamışam. Çox biabırçı bir həyatım olub. O gün də intihar edəcəkdim, amma uşaqlarımın geridə qalıb, mənim kimi rəzil olmasını istəmədim deyə onları öldürdüm”.
 

Annenin hastanedeki tedavisi sürüyor

 
Загрузка...
Загрузка...