3 nəfərin ölümündə təqsirləndirilən sürücü 6 il həbs aldı

Baxış sayı: 
36
1  
0  

Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüqar Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Vüqar Rəsulov 6 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il iyunun 12-si saat 6 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Sumqayıt şəhər sakini Taleh Ağayevin idarə etdiyi "KamAZ” və Xaçmaz rayon sakini Zahid Şahmuradovun idarə etdiyi "VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə Z.Şahmuradov, sərnişinləri - Şəmkir rayon sakinləri Gülnar İsmayılova və qadının 4 yaşlı övladı Mustafa İsmayılov hadisə yerində ölüblər.

Загрузка...
Загрузка...