290 nəfərin öləcəyini bilirdik, amma... - Baş nazirdən ŞOK ETİRAF

Baxış sayı: 
129
0  
0  

Şri-Lankanın baş nazir Ranil Vikeremsinq ölkədə ötən gün törədilən silsilə partlayışlarla əlaqədar sensasion bəyanat verib.
 
Publika.az xarici mediaya istinadən xəbər verir ki, baş nazir kəşfiyyatın hücumlar barədə məlumatlar aldığını etraf edib.
 
O qeyd edib ki, hücumların qarşısının alınması üçün lazımi addımların atılmamasının səbəbləri araşdırılacaq. Baş nazir hücumlarla əlaqədar saxlanılan şəxslərin Şri-Lankadan olduğunu vurğulayıb.
 
Qeyd edək ki, Şri-Lankada aprelin 21-də səkkiz partlayış törədilib. Partlayışlar nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb, yaralananların sayı isə 500 nəfərdən çoxdur.
 
Son məlumatlara görə, həlak olanlar arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Çin, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları da var.
 
Şri-Lankanın hüquq-mühafizə orqanları artıq partlayışlarda iştirakda şübhəli bilinən 13 nəfəri saxlayıb.

Загрузка...
Загрузка...