​28 saat dağıntılar altında qalan anadan ürəkağrıdan sözlər - VİDEO

Baxış sayı: 
59
3  
0  

Türkiyənin Elazığ vilayətində baş verən güclü zəlzələdən 28 saat sonra daha bir nəfər dağıntılar altından sağ çıxarılıb.
 
Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, dağıntılar altından çıxarılan Ayşə Yıldızın bədənində ciddi xəsarətlər olsa da, onun həyatı üçün təhlükənin olmadığı bildirilir. Xatırladaq ki, Ayşə Yıldızın 2 yaş yarımlıq qızı Yüsra Yıldız, anasından 4 saat əvvəl dağıntılar altından sağ çıxarılıb. Uşağın səhhəti normaldır.
 
Qeyd edək ki, Elazığda baş verən 6,8 bal gücündəki zəlzələ nəticəsində 31 nəfər həyatını itirib. 1556 nəfər xəsarət alıb.
 
Anar Türkeş

Загрузка...
Загрузка...