"26 ildən çoxdur ki, onunla həm Azərbaycanda, həm də xaricdə eyni səhnələri paylaşırıq"

Baxış sayı: 
71
0  
0  
“Ona ürəyi istədiyi kimi səhnələrdə çıxış etməyi arzulayıram”
 
Bu gün xalq artisti Alim Qasımovun doğum günüdür.
Alim Qasımov 1957-ci il avqustun 14-də Şamaxı
rayonunun Nabur kəndində anadan olub. Sənətkarın
qızı xanəndə Fərqanə Qasımova Moderator.az-a
açıqlamasında atasının doğum günüylə bağlı
öz fikirlərini bölüşdü:
 
“Atama ən başlıcası can sağlığı arzu edirəm.
O, bu günə kimi həm Azərbaycanda, həm də
dünyada ad qazanıb. Bunlar hamısı Alim Qasımova
bu yaşında qismət olub. Ona ürəyi istədiyi kimi
səhnələrdə çıxış etməyi arzulayıram. İyirmi altı
ildən çoxdur ki, Alim müəllimlə həm Azərbaycanda,
  həm də xaricdə eyni səhnələri paylaşırıq. Bunun 
özü bir xoşbəxtlikdir. İnş Allah bunun davamlı
olmasını arzu edirəm. Bu gün doğum günün
qeyd etmir, dostlarıyla rayona bir
məclisə gedib”. 
Загрузка...
Загрузка...