​21 yaşlı qız məcburi evliliyə görə intihar etdi?

Baxış sayı: 
76
1  
0  

Azərbaycan Dövlət Pedaqoji Universitetinin intihar edən 3-cü kurs tələbəsi Günel Nağdıyevanın ölümü ilə bağlı yeni məlumatlar məlum olub.
 
Axar.az xəbər verir ki, sinif yoldaşı Məhəmməd Məhəmməd onun ailəsi tərəfindən evliliyə məcbur edilməsi səbəbindən həyatına qəsd edəcəyinə inanmadığını bildirib.
 
“İnanmıram ki, o, bu səbəbə görə özünə qəsd edə. Çox güclü və iradəli qız idi. Belə səbəblərin qarşısında heç vaxt diz çökməzdi. Ən yaxınları mənəm, başqa dostlarımızdır... Biz belə bilmirik intihar səbəbi nədir. Hər deyilənə inanmayın”, - Məhəmməd yazıb.

 
O, Günel Nağdıyevanın hər zaman deyib-gülən, həyat dolu olduğunu, sosial şəbəkə paylaşımlarında da hər hansı şübhə doğuracaq nəsə paylaşmadığını qeyd edərək, belə bir hadisənin heç gözlənilmədiyini vurğulayıb:
 
“Ən son 10-15 gün öncə danışmışdıq. Hər şey normal idi. Hələ də özümə gələ bilmirəm. O, güclü qız idi, etiraz edərdi. Belə bir məsələ qarşısında aciz qalıb özünü öldürməzdi”.
 
Xatırladaq ki, 1999-cu il təvəllüdlü Günel Nağdıyeva bu gecə özünü 18-ci mərtəbədən ataraq həyatına son qoyub. Tələbə yoldaşları onun istəmədiyi bir insanla məcbur evləndirilməsinə etiraz olaraq intihara əl atdığını iddia ediblər.

Загрузка...
Загрузка...