200 milyon insanın həyatı TƏHLÜKƏDƏDİR - XƏBƏRDARLIQ

Baxış sayı: 
23
1  
0  

Qlobal iqlim böhranı 200 milyon insanın həyatını təhlükə altına atır.
 
Publika.az xəbər verir ki, dünyanın ən böyük humanitar yardım şəbəkəsi olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Dərnəkləri Federasiyasının (IFRC) yayımladığı “Hərəkətsizliyin Əvəzi” hesabatına görə, dünyada 108 milyon insanın iqlim dəyişikliyindən qaynaqlanan səbəblərlə humanitar yardıma möhtac şəkildə yaşayır.
 
Qlobal iqlim dəyişikliyinə qarşı lazımi tədbirlərin görülməməsi səbəbindən fırtına, quraqlıq və sel fəlakətləri meydana gəlir və bundan ən çox əziyyət çəkən canlılar insanlar olur. 2050-ci ilə qədər bu səbəblərdən əziyyət çəkən insanların sayının 200 milyona çatacağı gözlənilir. Bu artımım iqtisadi zərəri isə 20 milyard dollara çata bilər.
 
Əgər iqlimin dostu qalmağa və inkişafa dair addımlar atmağa bu gün başlanılsa, humanitar yardıma möhtac insanların sayı 2030-cu ildə 68 milyona, 2050-ci ildə isə 10 milyona qədər azala bilər.
 
Zümrüd

Загрузка...
Загрузка...