2 yaşlı uşağı zorlayıb öldürən kişiyə edam cəzası: "Hansı üzlə Allahın hüzuruna çıxacaqsan?"

Baxış sayı: 
62
1  
1  

2 yaşında uşağı zorlayıb, daha sonra öldürən Mustafa Qəmər məhkəmə tərəfindən edam cəzasına məhkum edilib.

BiG.AZ avropa.info-ya istinadən xəbər verir ki, hadisə İraqda baş verib.

 

Bağdad məhkəməsi 2 yaşındakı uşağı zorlayıb, qətlə yetirən Mustafa Qəmər barəsində ölüm hökmü çıxarıb.

Məhkəmə hökmü çıxarılan prosesdə İraqın daxili işlər naziri Qasım Əl-Araci də iştirak edib.

Məhkəmə hökmündən sonra qatillə qısa söhbət edən nazir ona bu sözləri deyib: "Hansı üzlə Allahın hüzuruna çıxacaqsan?!"

Edam cəzası Bağdadın mərkəzi küçələrindən birində xalqın qarşısında həyata keçiriləcək.

Qeyd edək ki, bu, 2003-cü ildən sonra ilk edam cəzası olacaq.

 
 
Загрузка...
Загрузка...