​2 gün öncə Türkiyədə yerləşdirildi, 10 min dollar pulla... - Terror planı faş edildi

Baxış sayı: 
110
3  
0  

 
Suruç bələdiyyə sədrinin müavininə sui-qəsd planlaşdıran Məzlum Məhəmməd Əli adlı PKK/YPG-li terrorçu saxlanılıb.
 
Teleqraf.com xəbər verir ki, Suriya kökənli terrorçunun yaxın günlərdə Suruç mahalı başda olmaqla Türkiyənin ayrı-ayrı ərazilərində terror aktları törətmək istədiyi məlum olub.
 
Hüquq mühafizə orqanlarının əməkdaşları terrorçunu Şanlıurfada saxlamağa müvəffəq olub. Məzlum Məhəmməd Əli ona yardım etməkdə şübhəli bilinən 3 nəfərlə birgə yaxalanıb.
 
Terrorçunun 2 gün öncə 2100 dollarla Türkiyəyə gəldiyi, Suruçda yerləşdirildiyi, terror aktı törətmək üçün “Şaban” kod adlı şəxs tərəfindən təlimatlandırıldığı və terror aktı həyata keçirəcəyi təqdirdə 10 min dollar pul alacağı məlum olub.
 

Загрузка...
Загрузка...