190 manatın yenidən verilməsi üçün ƏSAS KRİTERİYALAR

Baxış sayı: 
112
1  
0  

190 manat birdəfəlik müavinətin əsas kriteriyaları müəyyənləşdirilib. Əsas səbəb isə iş yerləri bağlanan, gəlirini itirib, günəmuzd işləyən şəxslərə bu bu ödəniş edilməlidir.
 
Publika.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Prezident İlham Əliyevin məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı verdiyi tapşırıqların icrasına həsr olunan mətbuat konfransında deyib: "Eyni zamanda aztəminatlı şəxslərə bu müavinət verilir. Qəbul olunan qaydalarda aztəminatlılıq meyarı göstərilib. Müavinət verilən zaman da aztəminatlılıq və iş yerini itirənlər əsas götürülüb. Hazırda 13 şəhər və rayon üzrə 278 min insana bu müavinət ödənilir. 600 min insanın yoxlanılması zaman aparılan proses bu gün də davam etməkdədir". O qeyd edib ki, proqramdan kənar qalan şəxslər üçün də ictimai işlər üzrə vakansiyalar açılıb: "Aztəminatlılıq meyarına uyğun olaraq bu şəxslər üçün minimum əmək haqqı ilə işlər təklif olunur. Yox, əgər şəxsin ali təhsili varsa, o zaman onun üçün 478 min vakansiya var ki, onlar təklif olunur. Dövlət sosial öhdəliyini 190 manat olaraq müəyyən etdi və məbləğin onun yaşayışı üçün kifayət etməyənlərə ictimai işlər təklif edir".

Загрузка...
Загрузка...