18 yaşlı şəhidimizin fotosu...

Baxış sayı: 
117
1  
0  

 
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma cəhd göstəriblər. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb.
 
Düşmən hücumunun qarşısını alarkən əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, yaralanmış hərbi qulluqçumuzun həyatını xilas etmək mümkün olamyıb.
 
Xəyyam Daşdəmirov əslən İsmayıllının Bilik kəndindəndir. 2002-ci il təvəllüdlü şəhid hərbi xidmətə 3 ay öncə yollanmışdı. O, Balik kənd orta məktəbindən bu il məzun olubmuş.
 
Artıq 18 yaşlı əsgərimizin nəşi dəfn edilmək üçün doğma kəndinə gətirilib.
Qeyd edək ki, X.Daşdəmirovun özündən yaşca kiçik bir qardaşı var. /Qafqazinfo/

Загрузка...
Загрузка...