​17 yaşlı gənc qız deputatlığa namizəd oldu

Baxış sayı: 
63
1  
0  

Fevralın 9-da parlamentə keçiriləcək seçkilərdə ən gənc namizədin 17 yaşı var.
 
Axar.az Modern.az-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən dairələr üzrə namizəd siyahısında 09.02.2002-ci il doğum tarixli Hacızadə Nərgiz Yasir qızının 122 saylı Xankəndi seçki dairəsindən qeydə alındığı qeyd olunub.
 
Daha bir qeydə alınmış gənc namizədin 18 yaşı var. 2001-ci il təvəllüdlü Mirzəzadə Ömər Elşən oğlunun namizədliyi 46 saylı Şirvan seçki dairəsindən qeydə alınıb. O, hazırda tələbədir.
 
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərə qədər N.Hacızadənin 18 yaşı tamam olacağı üçün onun namizədliyinin qeydə alınması qanuna tam uyğundur.

Загрузка...
Загрузка...