17 nəfər şagirdə TƏCAVÜZ ETDİ... - Azərbaycandakı olayda dəhşətə gətirən MƏQAM/VİDEO

Baxış sayı: 
91
2  
0  

Şabran rayonunun kəndlərindən birində hazırda 15 yaşı olan Amil Həsənov (adlar şərtidir) 13 yaşından etibarən (7-ci sinif şagirdi olarkən) həm sinif yoldaşları, həm də yuxarı sinif şagirdləri tərəfindən qrup şəklində zor tətbiq edilərək seksual xarakterli hərəkətlərə məcbur edilib. Sinif yoldaşları və məktəbin digər şagirdləri 13 yaşından etibarən Amillə dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olub. Yeniyetmənin atası deyib ki, bu hərəkətlər məktəbin həyətində, tualetində və kəndin müxtəlif yerlərində edilib. Valideyn iddia edir ki, zorakılığı törədənlərin bəziləri hazırda məktəbdə təhsillərini davam etdirir. Üstəlik, cinayəti törədən şəxslərin kimliyi məlum olmasına baxmayaraq, bu günə kimi adıçəkilən əksər şəxslər dindirilsə də, hər hansı şəxs məsuliyyətə cəlb edilməyib.
Yeniyetmənin dediyinə görə, onunla 17 nəfər cinsi əlaqədə olub.
Bu xəbər iki gündür ölkə mediasının gündəmindədir. Bəs aidiyyəti qurumlar bu uşağın taleyi ilə maraqlanmağı gündəmlərinə daxil ediblərmi?
Bunun üçün ilk növbədə Şabran rayon İcra Hakimiyyətli ilə əlaqə saxladıq. İcra hakimiyyətininYetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Tariyel Məhərrəmov publika.az -a açıqlamasında əvvəl bu hadisədən xəbərsiz olduqlarını, sonra isə məsələni polisin araşdırdığını dedi. Təmsil etdiyi Komissiyasının birbaşa bu işlərlə məşğul olmaqla bağlı vəzifəsini xatırladandan sonra cavabı belə oldu:
“Bizim Komissiyaya rəsmi məlumat daxil olmayıb, buna görə də biz qarışa bilmərik. Bu işi polis araşdırır. Polis nə etmək lazım olduğunu bizdən yaxşı bilir. Bizə rəsmi məlumat daxil olmadığından məsələ ilə məşğul olmuruq”.
Kəndin icra nümayəndliyi də əvvəl hadisəni inkar etdi, sonra isə işin polis tərəfindən araşdırıldığını deməklə kifayətləndi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin aparıcı məsləhətçisi Fərid Ədilov Publika.az-a bildirdi ki, bütün zorakılıq faktlarında olduğu kimi bu hal da Komitə tərəfindən nəzarətə götürüləcək.
“Bütün icra hakimiyyətlərimonitorinq qrupları müvafiq araşdırma aparır. Yerli icra hakimiyyətlərində yetkinlik yaşına çatmayanlarların işləri üzrə komissiyalar fəaliyyət göstərir. Komissiyalar bu məsələni nəzarətə götürür və zorakığa məruz qalanlarla iş aparılır. Bizim Komitə də bu məsələdə müəyyən dəstək göstərir. Cinsi zorakılığa məruz qalan uşaqlarla daha ciddi iş aparılmalıdır. Onların reabilitasiyası, cəmiyyətə qaytarılması ciddi iş tələb edir. Bu uşaqla psixoloq işləməli, onların valideynləri ilə ayrıca iş aparılmalıdır. Əgər iddia edildiyi kimi uşq onu zorakılığa məruz qoyalarla hələ də bir məktəbdə oxuyursa, bu, onun psixologiyasına mənfi təsir edə bilər. Hazırda uşağın vəziyyəti, məktəbdəki mühitə baxılmalı, müəllimlərlə danışıqlar aparılmalıdır. Müvafiq orqanlar, yerli icra hakimiyyətləri ilə danışıqlar aparılacaq və daha sonra məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq”.
Komitə rəsmisi bildirdi ki, zorakılığın qarşısını almaq üçün məlumatlılığın artırılmasına ehtiyac var.
“Bəzən valideynlər, uşaqlar belə məlumatları açıqlamaqdan utanır. Valideynlər övladlarına qarşı həssas olmalı, qeyri-adi hərəkətlər müşahidə etdikdə, ilk növbədə özləri köməklik göstərməli, sonra da aidiyyəti qurumlara – icra hakimiyyəti, polis orqanlarına müraciət etməlidirlər. Hər kəs bilməlidir ki, Cinayət Məcəlləsində bu hərəkəti törədənlərə qarşı ağır cəza müəyyən edilib”.
Şagirdin təhsil aldığı məktəbdən isə ümumiyyətlə, belə bir hadisənin baş vermədiyini bildirdilər. Bütün qurumların xəbərdar olduğu məsələdən məktəb necə xəbərsiz ola bilər? Üstəlik, zorakılıq halları həm də məktəbdə baş verib. Məktəbin müəllimləri həmin şagirdin psixologiyasındakı dəyişikliyi hiss etməyəcək qədər laqeyddirlərmi?

 

Загрузка...
Загрузка...