15 yaşlı qızı avtomobil vurdu - Vəziyyəti ağırdır

Baxış sayı: 
86
3  
0  

Goranboy rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 
"Report"un məlumatına görə, rayonun Borsunlu kənd sakini, 2004-cü il təvəllüdlü Gülzarə Afiq qızı Əhmədova yolu qarşı tərəfə keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub.
 
Müxtəlif bədən xəsarətləri alan piyada Goranboy Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun kəllə-beyin travması aldığı, vəziyyətinin isə ağır olaraq qaldığı bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...