15 MİN MANATDAN 45 MİN MANATA! – Bir konteyner təkərin rüsumunda ŞOK BAHALAŞMA

Baxış sayı: 
166
0  
0  

 

 
Bu gün, yanvarın 12-də bir qrup şəxs Dövlət Gömürük Komitəsinin (DGK) qarşısında aksiya keçirib. Onlar yeni gömrük rüsumlarından narazılıq ediblər. Aksiya iştirakçıları vurğulayıblar ki, köhnə təkərlərin gömrük rüsumu 3 dəfə artırılıb. Onların sözlərinə görə, bir konteyner təkərin rüsumu 15 min manatdan 45 min manata qaldırılıb.
 
Məsələyə DGK da münasibət bildirib.
 
DSK mətbuat xidmətinin məlumatına görə, Nazirlər Kabinetinin ötən il noyabrın 17-də verdiyi qərarla 2018-ci il yanvar ayının 1-dən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib. “Gömrük rüsumlarının dəyişdirilməsi barədə qərarın verilmə tarixi ilə qüvvəyə minəcəyi tarix arasındakı müddət kifayət qədər olub və üstəlik bu barədə ictimaiyyətə ətraflı məlumat verilib. Lakin bu sahədə fəaliyyət göstərən, bərpa edilmiş şinləri xaricdən gətirərək ölkə daxilində onların satışını həyata keçirən bir qrup şəxs bir sıra dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplaşıblar. Onlar qanunvericilikdə edilən dəyişikliklə razılaşmadıqlarını, təkidlə idxal gömrük rüsumlarının əvvəlki qaydada hesablanmasını tələb ediblər”, deyə məlumatda vurğulanır.
 
Komitə bildirir ki, idxal edilən bərpa edilmiş şinlərə tətbiq olunan gömrük rüsumu mövcud normativ-hüquqi aktlara əsasən yeni qaydalarla hesablanır.
 
 
Xatırladaq ki, Nazirlər Kabineti 2017-ci il noyabrın 17-də “Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında qərar verib. Qərarı baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.
 
Qərarla “Azərbaycan ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”, “Azərbaycandan ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri” və “Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı” bu il yanvarın 1-dən ləğv edilib.
 
Eyni zamanda, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, habelə idxal və ixrac gömrük rüsumlarının dərəcələri təsdiqlınib.
 
Qərara görə, minik avtomobilləri, avtobus və yük maşınları üçün bərpa edilmiş bir ədəd şinə görə 10 dollar, hava gəmilərində istifadə edilən şinlər üçün isə 5 dollar rüsum müəyyən edilib. (Turan)
 
“AzPolitika”dan: Nazirlər Kabinetinin ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) gömrük rüsumlarını birdən-birə 3 dəfə artırmasına hər hansı məntiqi izah tapmaq çox çətindir. Bu, işlənmiş təkər biznesi ilə məşğul olan yüzlərlə sahibkara, eyni zamanda təzə təkər almaq imkanı olmayan onminlərlə sürücüyə qarşı düşmənçilikdən başqa bir şey deyil. FAKTİKİ OLARAQ, BU BİZNESİ QADAĞAN ETMƏKDİR! Bir konteyner təkərə görə gömrük rüsumunun 45 min manatadək yüksəldilməsi şübhə yoxdur ki, kimlərinsə, ola bilsin yeni təkər biznesini idarə edənlərin maraqlarına hesablanıb.
 
V.Nəsibov

Загрузка...
Загрузка...