15 milyon nəfərin izlədiyi səs-küylü azan: O məscid Qranadada yox, Balakəndədir - VİDEO

Baxış sayı: 
157
2  
0  

İspaniyanın Qranada şəhərinin “Əl-Bazeyn” məscidində 500 il sonra azan verilməsi haqda videomaterialın, əslində, Azərbaycana aid olduğu üzə çıxıb.

Yenicag.az xəbər verir ki, sosial şəbəkələrdə böyük maraq doğurmuş həmin videonun İspaniyada deyil, Azərbaycanda çəkildiyinə jurnalist Pərviz Sultansoy aydınlıq gətirib.

Jurnalistin yazdığına görə, o, sözügedən videonu 2019-cu ilin noyabrında Balakəndə çəkib.

Pərviz Sultansoy çəkdiyi videonun Türkiyə mediasında yayımlanmasından və prezident Rəcəb Tayyib Ərdoğanın da o materialı izləməsindən məmnun olduğunu vurğulayıb.

Загрузка...
Загрузка...