13 yaşlı uşaq koronavirusdan öldü - FOTO

Baxış sayı: 
86
2  
0  

13 yaşlı İsmayıl Məhəmməd Əbdülvahab İngiltərədə koronavirusun ən gənc qurbanı olub.
Bu barədə “HaberGlobal” Britaniya mediasına istinadla məlumat yayıb.
“İsmayılda əlamətlər görünməyə başladı və o, nəfəs almaqda çətinlik çəkirdi. “Kings College” xəstəxanasına yerləşdirildi. Əvvəlcə tənəffüs cihazına qoşuldu, sonra süni komaya salındı, lakin dünən səhər öldü”, - deyə ailə üzvləri bildirib.
Onların sözlərinə görə, uşağın səhhətində problem olmayıb:
“Virus yoluxucu olduğu üçün son anlarında onun yanında ola bilmədik”. 
Mediada bildirilib ki, meyit ailəyə verilməyib. Uşağın yaşı və əvvəllər səhhətində problem olmaması səbəbindən ekspertiza aparılacaq.
 

Загрузка...
Загрузка...