13 ailə dünyanı necə çalxalayır? - “Dollar İmperatorluğu”

Baxış sayı: 
135
3  
0  

Qonşu Türkiyə, İran və Rusiya milli valyutalarının ABŞ dollarına qarşı dəyərdən düşməsi, devalvasiyaya məruz qalması dolların gücü və hökmü haqqında düşünməyi qaçılmaz edir. Hazırda dünyanın bir sıra iqtisadi sektoru məhz dolların pressinqi altında sıradan çıxarılır və ya ciddi itkilərə məruz qalır.

Turaninfo.org bu məqamları nəzərə alaraq dünya dollar imperiyasının yaranma tarixi və gücü haqqında maraqlı məlumatları oxucularına təqdim edir:

Amerika xalqının İngiltərəyə qarşı üsyanı 1776-cı ilə qədər davam etdi. Bu üsyan çərçivəsində ingilis bankirlər üsyançılara hər cür maliyyə dəstəyi verirdi. Bunun qarşılığında isə “Amerika pulunun çap olunması hüququna” sahib olmaları tələbini irəli sürürdü. Bu işdə bankirlər uğur əldə edə bildi. Amerikanın qurucuları sonda ingilis bankirlərin dollar çap etmək hüququnu tanıdı.

1776-cı ildə Amerika İngiltərənin nəzarətindən xilas oldu. Lakin 1865-ci ilə qədər daha böyük fəlakətin girdabına sürükləndiyinin fərqində olmadılar. 1866-ci ildə ABŞ-da vətəndaş müharibəsinə son qoyan Avram Linkoln “müharibə şərtləri səbəbini” əsas gətirərək dollar çapı haqqını bankirlərin əlindən alaraq dövlətin ixtiyarına verdi. ABŞ ilk dəfə Linkolnin dövründə dollar çapını həyata keçirdi. Fəqət bu uzun sürmədi. Bir az sonra prezident Linkoln sui-qəsd qurbanı oldu...

Prezidentin ölümündən sonra “keçmiş düzən” geri qaytarıldı. Bankirlər dollar çap etməyə davam etdi. Sonradan hakimiyyətə gələn prezidentlər üçün bankirlər əsas problem oldu. Sonda ortaq yol tapıldı. 1913-cü ildə FED adlı bank quruldu. Beləcə ABŞ dollarını çap etmək hüququ yalnız FED-ə verildi. FED-in şərikləri tamamilə bankir ailələrindən ibarət idi. FED adında bankda ABŞ adlı dövlətin səhmi belə yox idi. Bankirlər Amerikanı 12 hissəyə bölərək öz aralarında pay-püşk etdilər. Bölgələrdə FED-in ofislərini açaraq özlərinə yaxın şəxsləri bu filiala rəhbər göndərir və maliyyə prosesinə ancaq özləri nəzarət edirdi. Hər bir ofis öz bölgəsində faktiki olaraq Mərkəzi Bankın şöbəsi kimi fəaliyyət həyata keçirirdi. Normalda FED-ə rəhbəri ABŞ prezidenti təyin edirdi, lakin bu təyinatın özü kənardan komediya kimi görünürdü. Çünki bankirlər kimi istəsə FED-ə rəhbər təyin etdirirdilər. Beləcə FED ABŞ dolları çap edir və həm də dövlətin mərkəzi bankı kimi fəaliyyət göstərirdi.

ABŞ bankirləri Avropa qitəsini iki dəfə qana buladıqdan sonra 1944-cü ildə Bretton Voords maliyyə anlaşması ilə dollar beynəlxalq valyuta olaraq qəbul olundu. Faktiki olaraq bu anlaşma ilə 1 dolların 0,888 qram qızıla bərabər olduğu qəbul edildi. Razılaşmaya daxil olan 48 ölkə milli valyutalarını dollara uyğunlaşdırdı. Beləcə məzənnə sistemi, puldəyişmə məntəqəsi yaranmağa başladı. Əslində bundan hər kəs məmnun qalmışdı. Çünki dolların qarşılığı qızıl idi və faktiki qızıla bağlı pul sistemi işləyirdi.

Bu proses 1960-cı ilə qədər davam etdi. 60-cı illərdə prezident Kennedi ABŞ xəzinəsinin bankirlərdən dollar borc almasına qarşı çıxdı, imzaladığı 1110 saylı qərarla “bankirlərdən pul çapı hüququnu dövlətə qaytarılmasını” istədi. Bu tələbdən bir müddət sonra prezident Kennedi sui-qəsd nəticəsində öldürüldü. Həmin dövrdə amerikalılar Kennedini çox sevirdi.

Kennedinin yerinə keçən vitse-prezident Consonun ilk işi 1110 saylı prezident fərmanını ləğv etmək oldu. Bankirlər yenidən dollar çap etməkdə davam etdi. Az sonra öz işlərini ehtiyatlı tutan bankirlər ABŞ dövlətini borclandırmaq məqsədilə ölkəni müharibəyə cəlb etdi. Koreya müharibəsi, Vyetnam savaşı buna əyani sübut oldu. Bu müharibələr ABŞ-ın qayğılarını artırdı. ABŞ dövləti bankirlərindən borc alaraq apardığı müharibəni maliyyələşdirirdi. Amerikalılar xarici ölkələrdə ölür və ya öldürürdü, bunu nə səbəbdən etdiklərini bilmirdi, nəticədə dövlət bankirlərdən daha çox asılı vəziyyətə salınırdı.

1965-ci ildə Fransa lideri General De Qoll əldə olan qızıldan daha çox dollar çap olunduğunu fərq etdi. Bundan sonra De Qoll dolların qarşılığında qızıl tələb etməyə başladı. De Qoll bu mübahisəsi 1972-ci ilə qədər davam etdi. Prezdent Nikson sonda dolların qızıl qarşılığını ləğv etməli oldu. Beləcə dollar qarşılıqsız dünya puluna çevrildi. Fransanın tələblərini dayandırmaq məqsədilə “Spevial Driving Right” adlı razılaşma əldə edildi və işlək pul vahidləri yarandı. Bu vahidlər dollar, marka, frank , sterlinq və digər iştirakıçılardan ibarət oldu. 2002-ci ildə frank və markanı avro əvəzlədi. 2016-cı ildə isə Çin yuanı da “Spevial Driving Right” adlı razılaşmaya əlavə olunaraq beynəlxalq valyuta dərəcəsinə çatdı.

Hazırda beynəlxalq rezervlərin 4 faizi “Spevial Driving Right” sisteminə məxsusdur. Dollar isə hakim mövqedə qalmaqda davam edir. 1972-ci ildən indiyə qədər kağızdan ibarət olan dollar qarşılıqsız pul vahidi olaraq banklar tərəfindən çap edilir və dünya pul vahidi olaraq işlənir. Amerikalı və digər ölkə vətəndaşları dolları ABŞ dövlətinin pulu olduğu qənaətini bölüşür. Əslində isə 13 ailədən formalaşan və sayları mini keçməyən bankirlər qarşılıqsız olaraq çap etdikləri dollarla faktiki dünyanı idarə edirlər. Buna bir çox hallarda “Dollar İmperatorluğu” da deyilir.

Загрузка...
Загрузка...