12201 nəqliyyat vasitəsi postlardan geri QAYTARILDI - 10 nəfər məsuliyyətə cəlb edildi

Baxış sayı: 
76
1  
0  

Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 27 mart saat 08:00-dan 28 mart saat 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat açıqlanıb.
 
Bu barədə  Modern.az-a danışan Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, 19 martdan 28 mart saat 08:00-dək 7842 nəqliyyat vasitəsinin rayon, 25 martdan 28 mart saat 08:00-dək isə 4359 nəqliyyat vasitəsi paytaxt istiqamətinə geri qaytarılıb:
 
“ Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 70-i rayon, 374-ü şəhər istiqamətinə olmaqla 444  nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.      

Həmçinin, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən keçid postundan 27-i rayon, 151-i şəhər istiqamətinə olmaqla 178 nəqliyyat vasitəsi geri qaytarılıb.
 
Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 200-ü rayon, 178-i şəhər istiqamətinə olmaqla 378 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib”.      

Onun sözlərinə görə, gün ərzində postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 10 nəfər məsuliyyətə cəlb edilib:
 
“Ümumilikdə bu günədək 12201 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb”.
 

Загрузка...
Загрузка...