12-ci Şeyxin 40 ili - niyə Allahşükür Paşazadə...

Baxış sayı: 
127
1  
0  

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın ən qədim dini mərkəzidir

Xəbər verdiyimiz kimi, ölkə prezidenti “Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərmiş, yaxın tarixi keçmişdə xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmişdir. O, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlər göstərməkdədir.

allahşükür paşazadə İlham əliyev ile ilgili görsel sonucu

Sərəncamda DQİDK QMİ-nin təkliflərini nəzərə almaqla, Şeyxülislamın anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi hazırda Azərbaycanda fəaliyyət göstərən ən uzunömürlü təşkilatdır. Eyni zamanda QMİ dövlətin tanıdığı və səlahiyyət verdiyi əsas dini qurum, belə desək, dini mərkəzdir. Hər bir müsəlman ölkəsində dini mərkəzin olması o dövlətin bir mənada dini müstəqilliyi və xaricdən asılılığı qarşısında əsas sipər hesab olunur.

Doğrudur, QMİ-nin xarici dini təsirlərin qarşısını tamamilə aldığını demək çətindir. Çünki bunu etmək o qədər də asan deyil, xüsusən də Azərbaycan kimi yeni müstəqil olmuş və din azadlığını yeni əldə etmiş ölkə üçün. Lakin hər bir halda, QMİ Azərbaycanda rəsmi olaraq ölkənin baş dini idarəsi və mərkəzi kimi xarici təsirlərə qarşı dayanmağa çalışır. Yeri gəlmişkən, 4 ildən sonra bu idarənin yaranmasının 200 ili tamam olacaq.

allahşükür paşazadə İlham əliyev ile ilgili görsel sonucu

Qeyd edək ki, QMİ-nin rəsmi saytında qeyd olunur ki, təşkilat bu regionda - Azərbaycan Respublikasında, Ermənistan Respublikasında, Gürcüstan Respublikasında, Rusiya Federasiyasının Şimali Qafqaz (Dağıstan, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Kabarda-Balkar, Adıgey və Şimali Osetiya-Alaniya) ərazisində yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzidir. Eyni zamanda Azərbaycanda təşkilat məsələlərində İslam dini icmaları QMİ-yə tabedirlər.

Qafqaz Müsəlmanları İdarəsinin yaranması isə bir mənada zərurətin nəticəsi olub. 19-cu əsrin əvvəllərində Cənubi Qafqazı işğal edən Rusiya burada ilk vaxtlardan yerli müsəlmanların qonşu ölkələrlə, xüsusən də İranla dini bağlarını zəiflətmək üçün yerli dini mərkəzə ehtiyac duyurdu. Çünki müsəlman əhalisi təbii olaraq İranda, eləcə də İraqda və digər müsəlman dini mərkəzləri ilə bağlı idi. Çar Rusiyasına isə yeni müsəlman təbəələrin dini işlərini idarə etmək üçün təşkilat lazım idi. Daha əvvəl Təbrizdən gəlmiş Ayətullah Təbatəbai bir müddət bu işi icra etsə də, sonradan geri qayıtdı.

QMİ-dən ile ilgili görsel sonucu

Nəhayət, 1823-cü ildə Rusiya Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsini və şeyxülislam vəzifəsini təsis etdi. İlk şeyxülislam isə Tiflis axundu Məhəmməd Əli Hüseynzadə oldu. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi tərkibinə Şimali Azərbaycan, Qərbi Azərbaycan, Qars, Ərdahan, Batumi, Krasnodar, Terek və Gürcüstan ərazilərində yaşayan müsəlman əhali daxil idi.

1872-ci il tarixli fərmanı ilə “Cənubi Qafqaz Şiə və Sünni Məzhəbləri Müsəlman Ruhani İdarələri haqqında” əsasnamələr təsdiq edilib. Bununla da Cənubi Qafqazda müsəlmanların iki dini idarəsi - Şiə Şeyxülislamlıq və Sünni Müftilik təsis edildi.

1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra hər iki ruhani idarəsi Gəncə şəhərinə köçürülür. 1918-ci ilin 1 sentyabrında iki ruhani idarə birləşdirilərək “Məşixət” (Şeyxlik) adı altında yenidən qurulub. Şeyxülislam və müftinin 1 sentyabr 1918-ci il tarixli birgə qərarı ilə hər iki idarə “Məşixət” adlanan vahid bir idarədə birləşdirildi. Bakının azad edilməsindən sonra isə Məşixət paytaxt Bakıya köçüb.

 allahşükür paşazadə putin ile ilgili görsel sonucu

Ancaq sovet işğalından sonra İslam dini qadağan olunur və bütün dini qurumlar, o cümlədən şeyxülislamlıq ləğv olunur. Sovetlər bir də İkinci Dünya müharibəsində Hitler ordusu Şimali Qafqazın bir hissəsini işğal edəndə Stalin SSRİ-dəki dini qurumları, o cümlədən Zaqafqaziya Müsəlmanları İdarəsini yenidən bərpa etmək qərarına gəlir. 1943 -1944-cü illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin müvafiq qərarları ilə SSRİ-dəki müsəlman obyektlərinə və ruhanilərinə əməli rəhbərlik etmək üçün bir neçə müsəlman dini idarəsi, o cümlədən ZMRİ yaradıldı.

1944-cü il mayın 25-28-də Zaqafqaziya Müsəlmanlarının I Qurultayı keçirilir və Axund Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin (ZMRİ) sədri seçilir. Maraqlıdır ki, bu təşkilatın ilk fətvalarından biri də faşistlərə qarşı cihad çağırışı olur. Sonrakı illərdə ZMRİ fəaliyyətini davam etdirir və bir mənada SSRİ-nin müsəlman ölkələri ilə əlaqələrdə aktiv iştirak edirdi.

Ä°lgili resim

Azərbaycan müstəqil olduqdan sonra ZMRİ artıq yerli Azərbaycan dini qurumu oldu və Qafqaz Müsəlmanları İdarəsi adını aldı. İdarənin hazırkı sədri və sayca 12-ci Şeyxülislam Hacı Allahşükür Paşazadə 1949-cu ildə Lənkəran Rayonmunun Cil kəndində anadan olub. Buxara Mir-Ərəb mədrəsəsində və Daşkənd İslam İnstitutunda təhsil alıb. 1980-ci ildən ZMRİ-nin sədri seçilən Şeyxülislam Allahşükür Paşazadə Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü il tarixində keçirilmiş XI Qurultayında yekdilliklə ömürlük sədr - Şeyxülislam seçilib. Qeyd edək ki, 1823-cü ildən bu günə kimi 12 şeyxülislam və 11 müfti olub.

Bundan başqa, şeyxülislam Allahşükür Paşazadə 2003-cü ildən - MDB Dinlərarası Şurasının yarandığı gündən bu qurumun həmsədridir. Bundan başqa, şeyxülislamın Şimali Qafqaz müftiləri və din xadimləri üzərində nüfuzu sayəsində Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilib. Dünyada və xüsusən də müsəlman ölkələrində ciddi nüfuzu olan Şeyxülislam dinlərarası dialoq, tolerantlıq və eləcə də siyasi və dini əlaqələrin qurulmasında ciddi rola malikdir. Həm özü, həm də rəhbərlik etdiyi qurum tarixi ənənələrə görə Azərbaycan üçün xüsusi önəm daşıyır. 

 “Yeni Müsavat”

 
  •  
Загрузка...
Загрузка...