100 yaşlı sakinə edam hökmü oxunub

Baxış sayı: 
41
1  
0  
Nigeriyanın İmo əyalətində həbsxanada olan Celestin Eqbunuçun əfv olunması üçün insanlar hökümətə müraciət ediblər.
 
 

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, torpaq üstündə dostu ilə arasında düşən mübahisə nəticəsində onu öldürərək ömürlük həbs olunan Celestinin bu il 100 yaşı olub.

18 ildir məhkum həyatı yaşayan Eqbunuça 4 il əvvəl isə edam hökmü verilib. Lakin vəziyyəti ağır olan Celestinin edamı uzadılıb. Hazırda onunla birgə həbsxanada oğlu Paul qalır. O, atasına qulluq edir.

Paulun sözlərinə görə, atası şəkərdir, gözləri yaxşı görmür, yaxşı yerimir. Oğlu deyir ki, atası bəzən səhər oyananda harada olduğu və digər məhbusların kimliyini belə xatırlamır. 

Hazırda edama məhkum olunmuş ölkənin ən yaşlı adamının əfv olunub-olunmaması gözlənilir. 

 
Загрузка...
Загрузка...