“10 əsgər həlak oldu: Füzulidəki erməni hərbçilər qaçırlar” – Paşinyana müraciət

Baxış sayı: 
153
2  
0  

Bu ilin martın 1-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində öldürülən erməni əsgər Gevorq Aroyanın ailəsi və yaxınları Gümrüdə etiraz aksiyasına başlayıb.

Turaninfo.org teleqraf.com-a istinadən xəbər verir ki, etirazçılar Ermənistan Müdafiə naziri David Tonoyan və Qarabağ separatçılarının başçısı Bako Saakyanı istefaya çağırırlar.

Ailəsi Gevorqun intihar etmədiyini, öldürüldüyünü, buna görə də ordudakı özbaşınalığa görə Saakyan və Tonoyanın məsuliyyət daşıdıqlarını bildirirlər:

“Sadəcə bizim yox, hazırda orduda ölüm təhlükəsi ilə üz-üzə qalmış bütün uşaqların yaşamaq haqları var. Paşinyan, siz də bütün uşaqların bərabər olduğunu demişdiniz. Bəs nə oldu? İndi ancaq kasıbların uşaqlarını öldürürlər, onları müharibəyə göndərirlər. Biz uşaqlarımızı öz əllərimizlə ölümə göndəririk. Onları düşmən yox, bizim öz hərbçilərimiz öldürürlər. Hanı onlarla məşuqəsi olan generalların övladları? Niyə o generallar cavab vermirlər?”

Aroyan ailəsi Ermənistanın hərbi komandanlığını cəbhə xəttində baş verən qarşıdurmalarda zamanı verən ölüm hallarını gizlətməkdə ittiham edib:

“Son bir həftə də cəbhədə 10 erməni əsgəri həlak olub. Bundan xəbəriniz var? Niyə bunu gizlədirsiniz? Füzulidəki bir əsgəriniz yalın ayaqlarla qaçdı. Mənə zəng etdi ki, əmi, gəl məni apar, məni öldürmək istəyirlər. Bütün əsgərləri belə qorxudursunuz, onlar da yalın ayaqlarlarla qaçmağa hazırdırlar. Haqları da var”.

Əsgərin ailəsi bununla bağlı baş nazirin həyat yoldaşı Anna Akopyana məktub yazdıqlarını, lakin cavab almadıqlarını iddia edir.

Загрузка...
Загрузка...