10 gündə 6 kilo arıqlamağın ən sağlam və bəsit yolu - Aristotel pəhrizi - VİDEO

Baxış sayı: 
20
1  
0  

Yalnız çiy meyvə və tərəvəzdən istifadə etməklə 10 gündə 6 kq arıqlamaq olar.
 
Publika.az xəbər verir ki, bu iddia nə qədər inandırıcı səslənməsə də, Aristotel pəhrizi ilə mümkündür.
 
Bu pəhrizin hədəfi sağlam qidalanma ilə artıq çəkidən qurtulmaq və atılan çəkini geri qazanmamaqdır. Pəhrizin yeganə ən qatı qaydası qlutenli qidalardan uzaq durmaqdır.
 
 
 
Aristotel pəhrizinin ana qaydaları və qadağaları
 
Ələxsüs, mövsüm tərəvəzlərindən çiy şəkildə istifadə etmək lazımdır. İspanaq, qırmızı kələm, şalğam yarpağı, çin kələmi, kərəviz, lobya tumu, pərtəpöy və ümumən, bütün yaşıl tərəvəzlər gündəlik rasiona daxil edilməlidir. 3 həftə meyvə və tərəvəz yeməklə epifiz vəzisini təmizləyəcəksiniz. Bununla da hormonlarınız yenidən öz qaydasında ifraz olunacaq və daha aktiv işləyəcək. Fruktoz dəyəri az olan və qan şəkərinə təsir etməyən meyvələrə üstünlük verilməsi önəmlidir.
 
Qlutenli (qadağalı) qidalar: çörəklər, ağ un, xəmir yeməkləri, tam buğda unu, çovdar unu, bulqur, yulaf, bunlardan hazırlanmış beten yeməklər və paketlənmiş məhsullar.
 
 
 
Aristotel pəhrizinə nümunə menyu
 
Səhər oyananda:
 
Yarım qreyfurtun suyunu içmək və ya qabığı ilə birlikdə yemək.
 
Səhər yeməyi:
 
Yağsız bir dilim pendir, 2 yumurta, bol göyərti və pomidor
 
Günorta yeməyi:
 
Balıq, ət və ya toyuq (odda bişmiş formada), 1 kasa yağsız qatıq, salat.
 
Axşam:
 
Balıq, ət və ya toyuq (odda bişmiş formada), buxarda pbişmiş tərəvəz, salat.

Загрузка...
Загрузка...