​10 dərdin 1 dərmanı - Səhər acqarına su içməyin İNANILMAZ FAYDALARI

Baxış sayı: 
133
1  
0  

Hər gün bol-bol su içmək insan oqranizmi üçün inanılmaz dərəcədə faydalıdır.
 
Publika.az xəbər verir ki, 1-4 fincan arası suyu acqarına içərək bu faydaların sayını artırmaq olar.
 
 
 
İnsan orqanizminin böyük hissəsi sudan ibarətdir. Əzələlərin 75, beynin 90, sümüklərin 22, qanın 83%-i sudur. Buna görə də su həyat üçün əvəzolunmazdır. Problemsiz və sağlam şəkildə fəaliyyət göstərmək üçün bütün orqanlar suya ehtiyac duyar.
 
Nə zaman su içməli? Acqarına su içməyin faydaları nədir?
 
1. Səhər yeməyindən öncə 1 və ya 2 fincan su içmək bədəni zərərli maddələrdən təmizləyir və orqanlarımızın ehtiyac duymadığı maddələrin xaric edilməsinə kömək edir. Bunun sayəsində hər günün başlanğıcında su içmək metabolizmi sürətləndirir, xəstəliklərə qarşı müqaviməti artırır.
 
2. Gecə boyu bədənimiz hüceyrələrini təmir edərək özünü yeniləməyə çalışır. Səhər acqarına 1 fincan su içmək əlavə maddələrin sidik yolu ilə atılmasını təmin edir.
 
3. Acqarına 1 və ya bir neçə fincan su içmək spirtli içki, tütün, çirklilik və yanlış qidalanmanın bədənimizdə yaratdığı zərərli təsirləri azaldır.
 
4. Su dərinin ən yaxşı dostlarından biridir və dərinin sağlamlığı üçün vacibdir. Acqarına 2 fincan su içmək dərinin elastikliyini və gərginliyini qorumasına yardımçı olur. Dərinin tez qocalmasının və qırışmasının qarşısını alır.
 
 
 
5. Səhər acqarına su içmək yaşamaq üçün vacib olan orqanların su ehtiyacını qarşılayır və sağlam işləmələrinə kömək edir.
 
6.Acqarına 2-3 fincan si içmək artıq çəkidən qurtulmağa kömək edir. Su bədəndəki toksinləri atmaqla yanaşı, yağ və kalori yandırır. Aclıq hissinin öhdəsindən gəlir və çox yemək yeməyin qarşısını alır.
 
7. Səhər su içmək bağırsaqların infeksiyadan təmizlənməsinə yardımçı olur.
 
8. Acqarına 1 fincan ilıq su içmək günə enerjili başlamağın ən yaxşı yoludur. Səhər yorğunluğu və yuxunu atır.
 
9. Səhər yeməyindən əvvəl su içmək bağırsağın hərəkətliliyini artırır və qəbzliyin qarşısını alır.
 
10. Qastrit və bənzər xəstəlikləriniz varsa, su ən yaxşı köməkçilərinizdən ola bilər. Acqarına ən az 3 fincan su içmək mədənin turşu səviyyəsini aşağı salır və qastritə səbəb olan ağrıları aradan qaldırır.
 
Zümrüd

Загрузка...
Загрузка...