​“1 manat qoyub, 1000 götürmək istəyirlər” - Azərbaycanla bağlı bədbin proqnozların əsası varmı?

Baxış sayı: 
79
4  
0  

"Xəzərin suyunun enməsinin heç bir fəsadı ola bilməz. Xəzər həmişə qalxıb-enib".
Bunu "Yeni Sabah"a Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Xəzər dənizinin səviyyəsinin ötən illə müqayisədə 18 sm aşağı enməsindən danışarkən deyib.
 
Ekoloqun sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsinin enməsinin iki səbəbi var:
 
"Birincisi, bu il quraq keçir. İkincisi, Türkmənistan tərəfdə duz yataqlarının olduğu Qaraboğaz qolu var. Ora nə qədər su tökülürsə, həmin su yoxa çıxır. İndiyə qədər alimlər bunun səbəbini öyrənməyiblər. Sovetin dövründə həmin qolu bağlamışdılar. Bundan sonra ora quruyub duzu hər tərəfə səpələyirdi və torpaqları şoranlaşdırırdı. Ona görə də həmin qolu yenidən açdılar.
 
Xəzər dənizində suyun səviyyəsi yüksəldiyi üçün mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə Bakı Bulvarı 2 metr yuxarı qaldırılmışdı. Əvvəllər "Qız qalası" suyun içərisində idi. Son 5-10 il ərzində quraqlıq olub və yağıntıların miqdarı azalıb  Xəzər həmişə qalxıb və enib, bu təbiətin qanunudur".
 
T.Zeynalov son günlər tez-tez dilə gətirilən şirin su ehtiyatlarının azalması ilə bağlı problemə də diqqət çəkib:
 
“Azərbaycanda su qıtlığı yarana bilməz. Onu deyənlər kommersiya ilə məşğul olanlardır. Sabah da su qıtlığı adı ilə başlayacaqlar suyu butulkalara doldurub camaata 1-2 manata satmağa.
 
Azərbaycan 3 tərəfdən dağ, bir tərəfdən də Xəzər dənizi ilə əhatə olunub. Hansı su qıtlığı ilə üzləşəcəyik? Bir xarici deyir ki, dünyada su  qıtlığı olacaq, hamı tutuquşu kimi təkrar edir. Düzdür keçmişdə  - Sovetin dövründə biz şirin su ehtiyyatlarını qoruyurduq. Bütün müəssisələr, təşkilatlar bunu həyata keçirirdilər. Suyu təmizləyib yenidən istifadə edirdilər.  İndi hər şeyi çirkab edib atırıq yerə. Heç təmizləmək niyyətində də deyillər. Hamı 1 manat qoyub, 1000 manat götürmək istəyir, vəssalam".
 
Əsmətxanım

Загрузка...
Загрузка...